Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Medianews.az xəbər verir ki, prezidentin köməkçisi APA-ya açıqlamasında bildirib ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmur.