ARB TV-nin “Bazar Düzü” verilişinin növbəti qonağı müğənni Vəfa Şərifova olub.
İfaçı Rusiya toylarına ucuz qiymətə gedildiyi üçün narazılıq edən sənət yoldaşlarına cavab verib:
“Rusiyadakı toy qiymətlərini öyrənmək çox asandır. Deyilən “göyərti qiyməti” 2500-dən yuxarı olan məbləğdir. Əvvəlki qiymətlərdən tək fərqi dəvət edənlər bileti almırlar. Burada narazılıq edib, aqressiv danışanlar “bazarı ölən” adamlar idi.
Hamı ruzisi üçün gedir. Əgər müğənninin sənətindən başqa açıqlaya bilmədiyi gəliri yoxdursa, hər qiymətə çıxış edə bilər. Ayda 1 dəfə 3 minə toya gedirlər, 5 minlik çanta alırlar. Mən ala bilmirəm, siz onu haradan alırsınız?”