Qazaxıstanda kiril qrafikasından latın qrafikasına keçidlə bağlı layihə hazırlanıb.

“Vestnik Kavkaza” məlumat verir ki, layihə Dil Siyasəti Komitəsi tərəfindən təqdim edilib.

O, Qazaxıstan Prezidentinin “Qazax əlifbasının kiril qrafikasından latın qrafikasına keçirilməsinin bəzi məsələləri haqqında” fərmana əsasən hazırlanıb.

Layihənin müzakirəsinin mayın 6-dək uzadıldığı bildirilir.

Qazax əlifbasının kiril qrafikasından latın qrafikalı əlifbasına tərcüməsinin əvvəlki versiyalarında dəyişiklik olunub.