Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Operativ Qərargah toyların keçirilməsinə icazə verməlidir – Ekspertlərdən çağırış

TURAN
06/04/2021 12:34
1
BAXIŞ
FacebookTwitterTelegram

Ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Bununla belə, tez-tez mətbuatda, sosial şəbəkələrdə kimlərinsə gizli şəkildə toy və nişan məclisləri keçirməyə cəhd etdiyi, polisin bu məclisləri basdığı haqda məlumatlara rast gəlirik. O da gizli deyil ki, fevral ayından etibarən Bakının bir sıra şadlıq sarayları və restoranlarında kiçik heyətlə toy-nişan məclisləri keçirilir. Məclislərdə bəy-gəlin toy paltarı geyinmir və yaxud məclislər yalnız qadınlardan ibarət olur və sairə. Bu barədə ara-sıra şou-biznes nümayəndələrinin dilindən eşidirik.

Məsələn, Xatirə İslam ötən gün sosial şəbəkədə qeyd etmişdi ki, gün ərzində 500-dən çox toy keçirilir və sənətçi kimi həmin məclislərə dəvət alır. Eləcə də bir müddət öncə sənətçi Nazilə Səfərli də Musavat.com-a açıqlamasında toy və nişan mərasimlərinə dəvətlər aldığını və bir sıra şadlıq sarayları, restoranlarda 150 nəfərlik məclislər keçirildiyini bildirmişdi.

İki həftə öncə Naxçıvan MR-də toylara icazə verildiyi haqda məlumat yayıldı. Məlumata görə, şadlıq evlərində qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək mümkündür.

Pandemiyanın nə zaman bitəcəyi, həyatımızdan çıxacağı məlum deyil. Üstəlik, mütəxəssislər virusun yeni mutasiyaya uğramış variantlarının ortaya çıxması ilə yenidən yoluxma və ölüm hallarının artacağı haqda proqnozlar verir. Bütün bunları nəzərə alaraq, ölkədə kiçik heyətlə toyların keçirilməsinə icazə verilməsi mümkündürmü?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb:

“Birmənalı şəkildə toylar keçirilməlidir. Toy keçirmək, qız köçürüb, oğul evləndirmək hər bir ailənin həm də təbii haqqıdır.

Lakin bir ildən çoxdur ki, nişan və toy mərasimlərinin keçirilməsinə icazə verilmir, insanlarda da dözüm qalmır.

Operativ Qərargah toyların keçirilməsinə icazə verməlidir - Ekspertlərdən çağırış

Razi Nurullayev: “Açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxmaz”

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir. İnsanlarımız da bunu görür və haqlı sual yaranır ki, yəni bir il ərzində toy keçirməyin yolları tapılmadı? Ona görə də insanlar məcburən gizli şəkildə toy etmək fikrinə düşürlər və cərimələnir, toyları dərd-qəmə çevrilir, toy keçirmək istəyib, qəmlə üzləşirlər. Hesab edirəm ki, insanlara bu cür stresli vəziyyət yaşatmaq olmaz. Bir sözlə, toylara icazə vermək lazımdır. Operativ Qərargah bunun yollarını tapıb, bəy-gəlini, insanları razı salacaq şəkildə icazə verməlidir.

Hazırda havalar da isinib. Fikrimcə, açıq havada toylar keçirmək olar. Məsələn, bir çox şadlıq saraylarının geniş həyətləri, əraziləri var, orada toy təşkil etmək olar. Və yaxud şadlıq saraylarının bütün pəncərələrini açıb, ventilyasiya sistemini işə salıb, məhdudlaşdırıcı tədbirlər də təşkil etməklə toy keçirmək olar.

Axı toy təkcə bəy-gəlin məsələsi deyil. Şadlıq evlərinin işləməsi nəticəsində Azərbaycanda az qala 1 milyona yaxın insan evinə çörək pulu aparırdı. İndi o qədər insan çörək pulundan məhrum olub, işsiz qalıb.

Ümumiyyətlə, toylar, demək olar ki, iqtisadiyyatımızın aparıcı qüvvəsi idi. Bir şadlıq sarayından ən azı 500 nəfər ailəsinə çörək pulu aparırdı. Bu baxımdan toylara icazə verilməlidir. Hesab etmirəm ki, bu cür isti havalarda açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxar”.

AĞ Partiya sədri Tural Abbaslı da qeyd etdi ki, artıq müəyyən şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilməlidir:

“Bir ildən çoxdur ki, toy, nişan mərasimləri qadağan olunub. Azərbaycanın milli xüsusiyyətlərini nəzərə alıb, deyə bilərik ki, bu heç də cəmiyyətdə birmənalı, xoş qarşılanmır. Məşhur bir deyimdə deyildiyi kimi, ”Elmizin toy kimi bir adəti var”. Yəni övladının evlənməsini, toy etməsini istəyən valideynlər də, təbii ki, istəyir ki, arzularındakı toyu həyata keçirsinlər.

Operativ Qərargah toyların keçirilməsinə icazə verməlidir - Ekspertlərdən çağırış

Tural Abbaslı: “Operativ Qərargah bəzi şərtlər tətbiq edərək toy və nişan mərasimlərinin keçirilməsinə icazə verməlidir”

Hər halda, bəzən gizli şəkildə toylar keçirilir və bu zaman epidemioloji qaydalara riayət olunmur. Hesab edirəm ki, bunun baş verməməsi, həmçinin cəmiyyətimizin gələcəkdə demoqrafik problem yaşamaması üçün artıq Operativ Qərargah bəzi şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verməlidir. Təbii ki, burada ekpsertlərin də fikir və rəyləri nəzərə alınmalıdır”.

Operativ Qərargah toyların keçirilməsinə icazə verməlidir - Ekspertlərdən çağırış

Əhməd Qəşəmoğlu: “Toylar açıq havada təşkil olunsun, bu həm də… ”

Sosioloq Əhməd Qəşəmoğlu isə açıq havada toyların keçirilməsini təklif edib:

“Təklif edirəm ki, bundan sonra toylarımız açıq havada təşkil edilsin. Bu, bizim qədim toy adət-ənənəmizdir. Lakin bu zaman toylarda məclis təşkil olunmasın. Burada əsas məqsəd iki adamın təntənəli şəkildə ailə qurmasıdır və bunu da təşkil etmək lazımdır. Əvvəllər bu cür açıq toylar olanda insanlar əsasən rəqs edirdilər. İndi də o toylarımızda rəqs meydançasını təşkil etmək lazımdır. Bir sözlə, biz son 50 ilin toy modelindən qaçmalıyıq. Əsas məsələ insanların ailə qurmasıdır. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu budur”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib: “Azərbaycanda toy mərasimlərinə qadağa qoyulması iqtisadi aktivliyə də ciddi mənfi təsir göstərən amilə çevrilib. Çünki toy biznesi kifayət qədər geniş sahələri əhatə edir və onları inkişaf etdirirdi.

Operativ Qərargah toyların keçirilməsinə icazə verməlidir - Ekspertlərdən çağırış

Natiq Cəfərli: “Toy biznesi kifayət qədər geniş sahələri əhatə edir və onları inkişaf etdirirdi”

İlk günlərdə aydın idi ki, virusla bağlı problemlərin yeni olması, tibbin buna hazır olmaması sərt karantin rejimi, toylara qadağanın məntiqini anlamağa imkan verirdi. İndi isə havalar da isinib və buna görə də ən azı açıq havada toy mərasimlərinin keçirilməsinə icazə verilməlidir. Çünki bu həm demoqrafik, həm də ailə siyasətinə aid məsələdir. Ona görə toylarla bağlı qadağalardan artıq çıxmalıyıq.

Şadlıq evlərinin açılması ilə bağlı məsələ olacaqsa, burada isə az sayda qonaqla toylara icazə verilməsi effekt verməyəcək. 500-600 nəfərlik şadlıq saraylarında 50 nəfərlik məclislərə icazə verilsə, bu zaman şadlıq evlərinin sahiblərinə sərf etməyəcək. Çünki işçilərin maaşı, kommunal ödənişlərə sərf olunan xərc 50 nəfərlik qonaqların hesabına qarşılanmayacaq. Bu zaman ya qiymətləri kəskin halda artırmalıdırlar, ya da qeyd etdiyim kimi, sərf olunan vəsaiti götürə bilməyəcəklər.

Ona görə də ən azından açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir”.

DAHA ÇOX OXU

Dünya

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21
1-MANŞET

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00
Dünya

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59
Dünya

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50
Dünya

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15
Dünya

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46
SON XƏBƏR

COVID-19-a qarşı peyvənd olunan Azərbaycan vətəndaşları bir sıra imtiyazlar əldə edəcək – AÇIQLAMA

Xatirə İslamın toylarla bağlı qalmaqallı iddiasına polisdən AÇIQLAMA

Qarabağda döyüşən erməni basketbolçunun cəsədi 6 aydan sonra tapıldı - FOTO

Xəbər lenti

Moskvada ermənilər biabır oldu – VİDEO

31/01/2023 06:49

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi – VİDEO

31/01/2023 06:33

Danimarka “taxıl sazişi”nə qoşulub

31/01/2023 06:16

İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi: Şallaq zərbəsi tətbiq ediləcək

31/01/2023 06:00

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46

Polşadan iddialı NATO bəyanatı

30/01/2023 19:27

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13

Yunanıstan qırıcısı dənizə düşdü

30/01/2023 18:12

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08

Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

30/01/2023 18:04

“Çılplaqlığla şəhvət hissi ilə baxdılar” – Azərbaycanlı modelin paylaşımı yenidən gündəm oldu – FOTOLAR

30/01/2023 17:57

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

30/01/2023 17:34

Kliniki ölüm keçirən qadının həyata qayıtdıqdan sonra dedikləri GÜNDƏM OLDU

30/01/2023 17:27

Həvəskarlar liqasının oyununda azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

30/01/2023 17:24

“Bayraktar, əfsanəvi qanadlar” sənədli filmi yayımlandı – VİDEO

30/01/2023 17:17

Şagird müəllimini döyərək dizini sındırdı – ANBAAN VİDEO

30/01/2023 16:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.