Almaniya hökuməti ölkədə adi maskalar əvəzinə FFP2 dərəcəli peşəkar respirator maskaların geyilməsini məcburi etməyi düşünür.

Bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, bu qərar artıq yanvarın 18-dən etibarən Bavariyada qüvvəyə minib. Almaniyanın əsəs federal torpağında ictimai nəqliyyatda və mağazalarda məhz respiratorlardan istiafdə məcburidir.

Gün ərzində kansler Angela Merkelin koronavirusa qarşı tədbirlərin sərtləşdililməsi ilə bağlı əyalət rəhbələri ilə iclas keçirəcəyi gözlənilir. İclasda komendant saatının tətbiqi, ictimai nəqliyyatın fəaliyyətində məhdudiyyətlər, məsafədən iş rejiminə kütləvi keçid kimi məsələlərin müzakirə olunacağı güman edilir.

Qeyd edək ki, yanvarın 16-dan etibarən Almaniyada sərt karantin rejimi tətbiq olunub. Ölkədə ərzaq və həyat əhəmiyyətli digər mağazalar istisna olmaqla, bütün ticarət və xidmət obyektlərinin fəaliyyəti dayandırılıb.