Aktrisa Pərvin Abıyevanın dediyi “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, sənətçi ünvanına yazılan təhqirlərə münasibət bildirib. Pərvin bir izləyicisinin ona yazdığı qeyri-etik sözləri İnstaqramında yayımlayıb və bunları qeyd edib:

“Bu paylaşıma görə çox üzr istəyirəm, söyüş var. paylaşmasaydım da ürəyim partlayardı. İndi bu nə deməkdir? Şərhlərdə namusdan, tərbiyədən yazıb, hamıya namussuz deyən, “tərbiyəli ev qızı”. Anlamıram, ata, ana tərbiyəsi görən qız bu söyüşləri haradan bilir? Bilirsə, hansı abırla milyonların olduğu İnstaqramda yazır? Budur əxlaqlı, tərbiyəli təbəqə? Altdan hər qələti edib, başqalarının üstünə atmaq? Əgər Azərbaycan gəncliyi budursa, biabırçılıqdır. Ona “Azərbaycan qadını” deməyə dilim gəlmir”.