Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

V.Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb.

Bildirilib ki, V.Putin və R.T.Ərdoğan Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri müzakirə ediblər.