Koronavirus infeksiyası səbəbindən İngiltərə Premyer Liqasının oyunları yanvar ayının ilk günündən etibarən iki həftəlik dayandırıla bilər.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd olunur ki, bu qərar klubların heyətində olan futbolçuların kütləvi şəkildə COVID-19 yoluxma ehtimallarının olması ilə əlaqədardır.
Son məlumata əsasən, təkcə ötən həftə ərzində Premyer Liqada top qovan 18 futbolçunun koronavirus testi müsbət çıxıb.