Koronavirusa yoluxan “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisini tərk edib İtaliyaya qayıdacaq.

Bu barədə idman jurnalisti Tankredi Palmeri öz “Twitter” səhifəsində xəbər yayıb. Jurnalist iddia edir ki, 35 yaşlı hücumçu Turinə qayıdıb, özünütəcrid rejiminə keçəcək.

Bunun əsas səbəbi Portuqaliyadan fərqli olaraq İtaliyada koronavirusa yoluxan futbolçuların karantində daha az gün keçirməsidir.

Xatırladaq ki, ulduz futbolçunun COVID-19 infeksiyasına yoluxması ötən gün təsdiqlənib.