UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” – “Qalatasaray” oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, matçda “Qalatasaray” komandası 3:1 hesablı qələbə qazanıb.

“Neftçi”nin qolunu Mamadu Mbodj vurub. Rəqib komandadan isə Mbaye Diaqne dubl edib, Kristian Luyindama bir dəfə fərqlənib.

Beləliklə, “Neftçi” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

21:45

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyununda dördüncü qol vurulub.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb – 3:1.

63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.

21:10

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” oyununda ikinci qol vurulub.
BAKU.WS-in məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada “Neftçi” hesabı bərabərləşdirib – 1:1.
46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.

Lakin 2 dəqiqə sonra “Qalatasaray” yenidən hesabda önə keçib.

Christian Luyindama komandasının ikinci topunu “Neftçi”nin qapısından keçirib.

20:20

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyununda hesab açılıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.

19:20

Sentyabrın 17-də paytaxtın “Neftçi” futbol klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində İstanbulun “Qalatasaray” komandası ilə qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Artıq komandaların start heyətləri açıqlanıb.

“Neftçi”nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar.

İstanbul təmsilçisinin ilk on birliyində isə meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxacaqlar.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kevin Klensi olacaq. Ona həmyerliləri Devid Makqişi və Qrem Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək.

Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçiriləcək.

Bu qarşılaşmanın qalibi növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya) görüşündə üstün olan tərəflə üz-üzə gələcək. “Neftçi” I təsnifat mərhələsində Makedoniyanın “Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. “Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.

Xatırladaq ki, “Neftçi” ilk dəfə avrokubokda Türkiyə klubu ilə qarşılaşacaq. Bu sözləri İstanbul təmsilçisinə də aid etmək olar. Ümumiyyətlə, qardaş ölkələrimizin komandaları avrokuboklarda indiyədək dörd dəfə üz-üzə gəliblər. Belə ki, UEFA kuboku yarışlarının 1994-1995-ci il mövsümündə Tovuzun “Turan” klubu İstanbulun “Fənərbağça” komandası ilə qarşılaşıb. “Fənərbağça” hər iki oyunda qələbə qazanıb – 5:0 və 2:0. Digər qarşılaşma da UEFA kuboku yarışlarına təsadüf edib. Turnirin 2000-2001-ci il mövsümündə “Antalyaspor” komandası Gəncənin “Kəpəz” klubunu 5:0 və 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Beləliklə, indiyədək keçirilmiş dörd oyunda Türkiyə klubları 14 qol vurub, qapılarını isə toxunulmaz saxlamağı bacarıblar.

“Neftçi” indiyədək “Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.