Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumtına görə, hadisə şəhərin Dəmir yolunun altı küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Niftəlizadə Xəyal Fazil oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyata götürülüb.

Digər yaralı – 1988-ci il təvəllüdlü Niftəlizadə Turan Fazil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.