Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir video yayılıb.
Musavat.com xəbər verir ki, 1 dəqiqəyə yaxın videoda rəqs görüntüləri yer alıb. Meydanda gəlin və rəfiqələri, eləcə də gəlinin anası olub.
Amma diqqəti çəkən məqam xanımların məşhur Azərbaycan mahnısı “Oyna, gülüm Güldəstə”nin sədaları altında rəqs etsələr də, aralarında rus dilində danışmalarıdır. Gəlinin anası qızının rəfiqələrini rəqs meydançasına dəvət edərək, onlara rus dilində utanmamalarını deyir, rəqs üçün təşviq edir. Hətta birinə söyləyir ki, sən hər zaman rəqs edəndə utanırsan, amma utanma.
Bu dəfəki videoda hər hansı siyasi sima və ya qalmaqal yaradacaq detal yoxdur. Çox güman ki, toyun ən qalmaqallı hissələri yaxın günlərdə yayılacaq.