Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq Kəpəz rayon Polis İdarəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı 9 mm kalibirli “Makarov” tipli tapançanın patronları açkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda kriminal avtoritet tutuldu - FOTOğAzərbaycanda kriminal avtoritet tutuldu - FOTO

Azərbaycanda kriminal avtoritet tutuldu - FOTO

Azərbaycanda kriminal avtoritet tutuldu - FOTO

Azərbaycanda kriminal avtoritet tutuldu - FOTO