“İri ticarət mərkəzlərinin tam olaraq açılması barədə qərar yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, hazırda rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərinin açılması ilə bağlı məsələ müzakirə olunur:

“Bu, epidemioloji vəziyyətdən asılı olacaq”.