Düzdür, bizi ayırmaq istədilər. 10 ildə çoxları bizi ayırmaq üçün çalışdı. Amma təəssüf ki, ayrılığımıza sevinənləri üzəcəyik”.
Musavat.com bildirir ki, bu sözləri müğənni Samir Piriyev xanımı ilə boşanacağı haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Xanımı ilə birgə səmimi fotolarını “İnstagram”da paylaşan müğənni ayrılmadıqlarını qeyd edib:
“Biz ayrılmamışıq, inşallah, bir ömür ayrılmarıq. Səhvsiz insan yoxdur. Mən xəyanətin yox, sadəcə, bir mərdimazarın şantajının qurbanı oldum. Ümid edirəm, o, cəzasını alacaq. Xoşbəxtəm ona görə ki, həyatımda Anara kimi yoldaşım, üç gözəl balam var”.
Xatırladaq ki, bir müddət əvvəl özünü müğənni Samir Piriyevin sevgilisi kimi təqdim edən bir qadın ifaçının evinə gedərək, xanımı Anaraya hücum edib, ona xəsarət yetirib. Bu hadisədən sonra cütlüyün boşanacağı haqda məlumatlar yayılmışdı.
Qeyd edək ki, sənətçinin birinci evliliyindən iki, Anara adlı xanımından isə bir övladı var.