Pedofil iki azyaşlı qızı izləyərək, onların ardınca binaya daxil olur. Uşaqlardan böyüyü yuxarı qalxmağa macal tapır, balacasını isə kişi tuta bilir.
RT həmin anlarla bağlı görüntüləri paylaşıb.
Hadisə Rusiyanın Omsk vilayətində baş verib.
Kadrlarda qızın məhəccərdən yapışdığı və müqavimət göstərdiyi görünür. Uşağın çığır-bağırından qorxan pedofil, nəhayət, onu buraxıb, qaçır.
Hazırda cinayətkar axtarışdadır. “Uşağın cinsi toxunulmazlığına qəsd edilməsi” faktı ilə bağlı cinayət işi açılıb, şübhəlinin fotorobotu hazırlanıb.