Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.

Bildirilib ki, xəstələrdən 285 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 67 nəfərdir.

Qeyd edək ki, bu günədək Azərbaycanda 31 221 nəfər COVID-19-a yoluxub, onlardan 24 495-i sağalıb, 438 nəfəri isə vəfat edib.