5G şəbəkələrinin yalnız ayrı-ayrı dövlətlərdə yayılmasına baxmayaraq, Cənubi Koreyanın Samsung şirkəti yeni 6G standartları ilə bağlı fikirlərini artıq təqdim edib.

2028-ci ildə 6G işə düşəcək

BiG.AZ-ın RG-yə istinadən verdiyi xəbərə görə, şirkət 6G-nin kommersiya istifadəsinə 2028-ci ildə başlamağı planlaşdırır. İstehlakçıların isə yeni rabitə standartından 10 il sonra – 2030-cu ildə istifadə edə biləcəkləri ehtimal olunur.

Eyni zamanda, 6G şəbəkəsinin tam olaraq necə işləyəcəyi hələ məlum deyil.

Beynəlxalq Telekommunikasiya İttifaqı bu istiqamətdə işə gələn ildən başlayacaq.

Cənubi Koreyanın hesabatında 2G-dən 5G-yə keçidlə müqayisədə yeni rabitə standartlarının daha tez müddətdə hazırlandığı qeyd olunur.

2028-ci ildə 6G işə düşəcək

6G standartında məlumat ötürmə sürəti 1000 Gbit/s-ə qədər artmalıdır. Gecikmə isə 0.1 ms-ə qədər azalacaq.

Mütəxəssislər hesab edir ki, 6G-nin əsas “müştərilər”i insanlar və maşınlar olacaq. Bundan əlavə, “Ulduz müharibələri” (” Star Wars”) filmində göstərilən yüksək keyfiyyətli holoqramlar da meydana çıxacaq.