Albaniya Prezidenti İlir Meta Azərbaycan millisinə baş məşqçi təyin edilmiş Canni De Byazini bu münasibətilə təbrik edib.

Prezident şəxsi “Facebook” hesabında italiyalı mütəxəssislə fotosunu paylaşıb və ona uğurlar arzulayıb:

“Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz yaranacaq. Bu təyinata sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq”.

Qeyd edək ki, De Byazi 2011 – 2017-ci illərdə Albaniya yığmasına baş məşqçilik edib. Albaniya millisi onun başçılığı altında ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxıb.