Məşhur Hollivud ulduzu, 44 yaşlı Şarliz Teronun rolu daha gənc aktrisaya verilib.

Bu barədə “The Hollywood Reporter” xəbər verib.

Söhbət “Mad Max: Fury Road” filminin prikvelindən gedir. Rejissor Corc Miller bildirib ki, bu rol üçün ona daha gənc aktrisa lazımdır.

Ş.Teron etiraf edib ki, bu xəbəri almaq onun üçün ağır olub. Bununla belə, kinematoqrafçının qərarına hörmətlə yanaşdığını vurğulayıb.