Paytaxtın Səbail rayonunda ictimai yerdə COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq, yaşadığı ünvana yerləşdirilməklə xəbərdarlıq edilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, rayonun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.