Sosial şəbəkə istifadəçilərinin Əbülfəz Qarayevin yerinə layiq gördükləri namizədlər arasında Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadənin də adı var.
Medianews.az xəbər verir ki, Ələkbərzadə İTV-nin “3D” proqramında nazirlik iddiasında olmadığını bildirib:
“Mədəniyyət naziri olmaq istəmirəm. Yaradıcı insanam, bunu nəyəsə qurban vermək fikrində deyiləm. Ancaq teatrla bağlı hansısa bir sektorda bəlkə də, çalışa bilərəm”.