“Silvestr Stallonenin bağında olmuşam” - Nazpəri Dostəliyeva

“Tam səmimi sözümdür. Demək olar ki, 26-27 ölkədə olmuşam. Yaponiyada, Amerikada, İtaliyada, hətta Silvester Stallonenin bağına belə getmişəm”.

Medianews.az “axşam.az”-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Xəzər” TV-də yayımlanan “5/5” verilişində deyib. Sənətçi dünyanı gəzsə də, vətənini hər yerdən üstün tutduğunu bildirib:

“Yəni demək istəyirəm ki, tarixi abidələri gəzmişəm. İtaliyada xalça muzeyində olmuşam. Ora qaranlıq olmalıdır, işıq düşməməlidir. Həmin muzeyə hər adam gedə bilmir, sənət adamı olmağım hər zaman mənə kömək edir. Bunların hamısını görmüşəm, bir müddət sonra demişəm ki, sənə qurban olum, Azərbaycan”.

Nazpəri Dostəliyeva aparıcı Zaur Kamalın “Silvester Stalonnenin bağına niyə getmişdiniz? Özü dəvət etmişdi” sualına isə belə cavab verib:

“Onun bağına gəzintiyə getmişdim. Los-Ancelesdə dağın üstündə, ancaq müğənnilərin və aktyorların bağı yerləşir. Orada şlaqbaun var, icazəsiz heç kim həmin dağa qalxa bilməz. Onların sənət adamlarında çox böyük birlik var”.