Güclü külək Göyçay rayonunda fəsadlar törədib.

Baku.Tv xəbər verir ki, ən çox ziyan rayondakı alça bağlarına dəyib.

Sakinlərin sözlərinə görə, hər ilin bu vaxtı alçaları dərib ölkədaxili və xarici bazarlarda satırdılarsa, bu il pandemiya səbəbindən alıcı sarıdan qıtlıq yaşanıb.