“İnstagram”da canlı yayım zamanı köməkçisini söyən şəhər meri sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

REN TV-nin məlumatına görə, kurioz hadisə Rusiyada baş verib.

Belə ki, Gelencik şəhərinin meri Aleksey Boqodistov müsahibədən sonra canlı yayımı bağlamağı unudub, ayağa qalxdıqdan sonra isə Skorikova soyadlı xanımın ünvanına təhqiramiz ifadələr işlədib.

Həmin vaxt sosial şəbəkə istifadəçilərinin onu dinlədiyindən isə xəbəri olmayıb.