“Kurtlar Vadisi”nin aktyoru koronavirusdan öldü

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında rol almış aktyor Turhan Kayan koronavirusdan ölüb.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, 69 yaşlı aktyor 10 gün öncə xəstəxanaya yerləşdirilib və müalicəsinə başlanılıb.

Lakin aparılan bütün tədbirlərə baxmayaraq aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Turhan Kayanın ailə üzvlərindən də koronavirus analizi götürülüb və onlarda virus aşkarlanmayıb.

Qeyd edək ki, T.Kaya “Kurtlar Vadisi Pusu” serialında “Ordinarius” obrazını canlandırmışdı.