Rəssam və qalereyaçı Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.
BAKU.WS xəbər verir ki, Salahova bu barədə sosial şəbəkədə məlumat verib.
İtaliyadan Moskvaya qayıdarkən onun uçduğu təyyarənin salonunda COVID-19-a yoluxmuş sərnişin olduğundan onu paytaxtdakı xəstəxanaların birinə aparıblar.
“Simptomlar olmayanları “kommunarkalara” aparmırlar, “Царицыно” xəstəxanasına aparırlar. Əgər reysimizdə koronavirusa yoluxmuş sərnişin olmasaydı, evimizdə karantində olardıq. Uçduğumuz təyyarədə yoluxmuş sərnişin olduğundan xəstəxanada karantində olmalıyıq. Bütün əşyalarımızı – telefon, aypad və sairə qeydiyyata alıb, 3 dəfə dezinfeksiya ediblər”, – rəssam deyib.