Aktrisa-müğənni Çimnaz Sultanova yeni “Olmaz-olmaz” adlı mahnısına çəkilən klipini təqdim edib.
Minval.info xəbər verir ki, mahnının sözləri və musiqisi Miro İsgəndərova, aranjimanı isə Müşfiq Ağayeva məxsusdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib. Çəkilişləri yay ayında baş tutan klip, Astarada lentə alınıb. Bu müğənni və rejissorun sayca birgə olan ikinci işləridir. Çimnaz açıqlamasında bildirib ki, o klipdə təbiətin dörd ünsürü olan od, su, torpaq və yeli bir qadın olaraq təcəssüm edib:
“Qadının gözəlliyi – möhtəşəm bir qüdrətdir, gülümsəmək isə onun qılıncıdır. Qadın gözəlliyi təbiətin harmoniyasını tamamlayan, zəif və eyni zamanda qüvvətli, gözəlliyi ilə ruhuna dinclik və rahatlıq gətirən mələkdir. O mələkdir ki, hansı ki biz uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir… Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyəedicisidir. Analıq isə qadının gözəlliyini tamamlayır. Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar görünə bilməz”.
Qeyd edək ki, klip sənətçini rəsmi “Youtube” kanalına yerləşdirilib.