Liviya parlamenti Türkiyəyə qarşı tədbir görəcək.
Axar.az xəbər verir ki, parlament sözçüsü Əl-Məryami Türkiyədən bu ölkəyə silah daşındığını iddia edib.Sözçü qeyd edib ki, ordu və gömrük idarəsi Türkiyədən Liviyaya silah keçirildiyini müəyyən edib.İddia edilib ki, Türkiyədən Liviyaya silah daşınması ilə xaos yaradılmağa çalışılır.
Qeyd edək ki, Liviya hökuməti minlərlə avtomatik silahların, eləcə də 4 milyondan çox güllənin sərhəddən keçirildiyini iddia edib.