ABŞ-ın həftəlik “Time” jurnalının yeni nömrəsinin üz qabığında Amerika prezidenti Donald Tramp su ilə dolu kabinetində batmamaq üçün çabalayan halda əks olunub.

Oxu.Az xəbər verir ki, üz qabığında “dərin” sözü də yazılıb. Şəkildə su üzərində Trampın yalnız başı qaldığı aşkar görünür.

“Time” əvvəllər də səhifələrində Trampın karikaturalarına yer verib, bu, sayca üçüncü belə haldır. Dövlət başçısı daha öncə iş kabinetində fırtına zamanı, sonra isə yarısına qədər su basmış vəziyyətdə əks olunmuşdu.

Jurnalın yeni nömrəsi sentyabrda işıq üzü görəcək.

“Time” Trampı batırdı - FOTO