“Erken kuş” serialının baş rol ifaçısı Demet Özdemir ilə eyni soyadı daşıyan aktyor Seçkin Özdemir eşq yaşayır.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyü yaxın dostları tanış edib. Seçkin hətta sevgilisi üçün serialın çəkiliş meydançasına gedib. Demet Seçkinin papağı ilə foto çəkib, sosial şəbəkədə paylaşdıqdan sonra cütlüyün sevgili olduğu bəlli olub. Amma Özdəmirlər birlikdə görüntülənməmək üçün dostları Zeynəb Kolçakın evində görüşür.