“YouTube”un baş ofisində atışma olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə “YouTube”un ABŞ-ın Kaliforniya ştatındakı mənzil qərargahında qeydə alınıb. Atışma zamanı 11 nəfər xəsarət alıb.
***
“YouTube” videoportalının mənzil-qərargahında atışma olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib.
Əməkdaşlar atışmanın intensiv olduğunu qeyd ediblər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, şirkətin əməkdaşları binadan təxliyə edilib. Daha bir şirkət işçisi atəş açan şəxsin intihar etdiyini bildirib. Hadisə yerinə xüsusi təyinatlıların cəlb edildiyi qeyd olunur.
Qeyd edək ki, aprelin 2-də gecə saatlarında “Youtube”-nin fəaliyyətində problem yaranmışdı. Dünyanın bir çox ölkələrində bu sosial şəbəkənin fəaliyyəti dayanmışdı. “Youtube” ofisi sistemdə texniki nasazlıq olduğu və bunun aradan qaldırılması üçün iş aparılması barədə açıqlama yaymışdı.
***
“YouTube” videoportalının mənzil-qərargahında atışma nəticəsində 4-5, bəzi məlumatlara görə, 11 nəfər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “ABC Nеws” telekanalı məlumat yayıb.
Şirkət işçiləri 20-dək atəş səsi eşitdiklərini vurğulayırlar.
Hadisə yerinə həkim, polis və yanğınsöndürən briqadaları cəlb edilib.
“YouTube” videoportalının sahibi olan “Google” şirkəti insidentlə əlaqədar araşdırmalara başladığını bildirilib.