“Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq”.
Medianews.az xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Musavat.com-a müsahibəsində deyib.
“Bilirsiniz ki, bütövlükdə hökumət istefaya gedir və yenidən formalaşır. Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yenidən təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq. Bunlar da hesabatı cənab prezidentə verir”, – deyə o, sözlərinə əlavə edib.