Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskiy Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-i faktı təsdiqləyib.
Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.
63 yaşlı M.Şirinskiy 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib.
İlkin məlumata görə, o, qan təzyiqindən dünyasını dəyişib.