Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.
Arvadını və qaynanasını öldürən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub. O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qaynanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı isə həyat yoldaşını döyən zaman onları ayırmaq məqsədi ilə araya girərkən təsadüfən vurduğunu deyib: “Çox söz-söhbət gəzirdi. Ona görə də bezmişdim. Həyat yoldaşıma isə xəbərdarlıq edərək belə bir şey olsa onu öldürəcəyimi demişdim. Başqa çıxış yolum yox idi. Artıq yoldaşımın çıxardığı oyunları bütün kənd bilirdi. Mən fəhlə əzab-əziyyətlə çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin? Onu namus üstündə, başqası ilə gəzdiyi üçün öldürmüşəm”.
Zaurun atası A.Əliyev “Report”un yerli bürosuna oğlunun hadisəni namus üstündə törətdiyini bildirib: “Heç kim istəməzdi belə bir şey olsun. Nəticədə oğlumun ailəsi dağıldı, həyatı məhv oldu. Oğlum hadisəni qısqanclıq zəmnində törədib”.
Kənd sakinlərinin verdiyi məlumata görə, Günel Əliyevanın başqa bir kişi ilə gəzməsi kəndə yayılıb. Məsələdən xəbər tutan Zaur Əliyev isə bu hadisəni törədib.
Məlumata görə, Zaurun ailəısi 2007-ci ildə Gəncə şəhərindən Göygöl rayonunun Qızılca kəndinə köçüb. Zaur valideynləri ilə birgə yaşayırmış. O, atası ilə birgə günəmuzd olaraq elektrik və bənna işləyirmiş. Ona görə də çox vaxt ata və oğul evə axşam saatlarında gəlirmiş. Günel Əliyeva isə evdə çox vaxt iki azyaşlı övladı və qaynanası ilə birgə olurmuş. Deyilənlərə görə, Günelin qaynanası qohumlarının evinə gedən zaman isə o evə başqa birini gətirib.
Hadisədən bir gün əvvəl Zaur öz həyat yoldaşının başqasıya görüşməsi ilə bağlı eşitdiklərinə aydınlıq gətirmək üçün həm xalası, həm də qaynanası olan Minayə Əliyeva evinə çağırıb. Hadisə baş verən zaman evdə onların 1 və 2-ci sinifdə oxuyan uşaqları, Zaurun anası və atası da olub. Zaurla həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Zaur mətbəx bıçağı ilə Günelin başını kəsərək bədənindən ayırıb. Hadisədən dəhşətə gələn Minayə Əliyeva qızının öldüyün görüb Zaurun üstünə atılıb. Zaur isə qaynanasına bir neçə bıçaq zərbəsi vuraraq onu yaralayıb. Günel hadisə yerində, azyaşllı övladlarının gözü qarşısında ölüb. Onun anası M.Əliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisədən sonra Zaur polisə zəng vuraraq hadisəni törətdiyini bildirib və könüllü olaraq təslim olub. (report)
***
Göygöldə baş verən cinayətin təfərrüatları məlum olub.
Yeni Qızılca kənd nümayəndəsi Sahil Babayevin Publika.az-a verdiyi məlumata görə, şübhəli şəxs həyat yoldaşının boğazını kəsib, daha sonra da qayınanasını öldürüb:
“Onlar əslində heç bizim kənddə qeydiyyatda deyillər. Gəncə şəhərində qeydiyyatdadılar. Əliyev Zaur kənddə rəngsaz işləyirdi. Sakit, ağıllı-başlı oğlan idi. Bu günə qədər kənddə heç kim ondan şikayət etməyib. Psixoloji problemləri olmayıb. Ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Əliyeva Günelin boğazını kəsib, sonra da qayınanasını bıçaqlayıb. Xəstəxanaya çatdıra bilməyiblər. Hər ikisi təcili tibbi yardım maşınında dünyasını dəyişib. İki övladları var. Məndə olan məlumata görə, uşaqlar hazırda oğlanın anasının yanındadır. Hadisədən sonra Əliyev Zaur uşaqları anasına verib, özü də könüllü şəkildə Gəncə şəhər polisinə təslim olub”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.