Tanınmış türkiyəli aktyor Çağatay Ulusoyun “İçerde”dən sonra hansı ekran işində rol alacağı müəyyənləşib.
Publika.az türk mətbuatına istinadən xəbər verir ki, o “Netflix”in dünyada eyni anda yayımlanan ilk türk serialında baş rolu canlandıracaq. Serialın mövzusu Osmanlı və Türk nağılları ilə bərabər tarixi bir qəhrəmanlıq hekayəsidir. Çağatay isə burada İstanbulu qara qüvvələrdən qorumağa çalışan super qəhrəman obrazında olacaq.
Qeyd edək ki, ekran işinin ssenarisini daha öncə “Suskunlar”, “Ezel” kimi fenomen serialların yazarları Ercan Mehmet və Pınar Bulut yazacaq.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.