Aktyor Çağatay Ulusoyun yeni filminin və rolunun adı bəlli olub.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor dünyaya “Dəliormanlı tük güləşçisi” kimi ün salan Qoca Yusifin obrazını canlandıracaq. Ekran işində 1856-1898-ci illərdə yaşamış məşhur güləşçi Qoca Yusifin həyatından bəhs ediləcək.
Filmin büdcəsi 25 milyon lirədir (təxminən 12 milyon 500 min manat).
Ulusoy layihədən 1 milyon lirə (təxminən 500 min manat) qazanacaq.
O, Qoca Yusifin rolunu canlandırmaq üçün artıq hazırlıqlara da başlayıb. 144 kiloqram çəkiyə malik idmançını oynamaq üçün Çağatayın artıq xüsusi pəhrizə və idmana başladığı deyilir. Ekran işinin çəkilişləri avqustda başlayacaq.
Çəkilişlər Kanada, ABŞ və Türkiyədə aparılacaq.