Rusiya “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Suriyadakı kəşfiyyat məlumatlarını Türkiyə ilə bölüşəcək.
Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb. Məlumata görə, razılaşma Putinin İstanbul səfəri zamanı Türkiyə prezidenti Ərdoğanla görüşü zamanı əldə olunub.
Rusiya Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyası sədrinin birinci müavini Klintseviç isə ölkəsinin “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Türkiyəyə kəşfiyyat məlumatlarını ötürdüklərini deyib: “Simsiz dinləmələri , radarlardan əldə edilən məlumatları və vizual kəşfiyyat məlumatlarını türklərə veririk. Türklərin xüsusi xidmət orqanları və agent şəbəkəsi də Suriyada çox fəaldır”.
Qeyd edək ki, keçən həftə görüşən Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı “Fərat Qalxanı” əməliyyatı üçün kəşfiyyat paylaşımı mövzusunda anlaşmaya varmışdı.