Futbol üzrə Avropa çempionatında “C” qrupu çərçivəsində turun ikinci qarşılaşması keçirilib.
“Report” xəbər verir ki, günün üçüncü oyununda Almaniya və Polşa yığmaları üz-üzə gəlib.
Matçda qapılara qol vurulmayıb və tərəflər xalları yarı bölüblər.
Almaniya və Polşa yığmalarının ikinci turda heç-heçə oynaması Ukraynanın Avro-2016-nın “play-off” mərhələsinə çıxmaq şanslarının üzərindən xətt çəkib.
Beləliklə Ukrayna AÇ-da çıxışını dayandıran ilk komanda olub.