Rusiyada Hitlerə abidə qoyula bilər.
Axar.az xəbər verir ki, bu təklifi Rusiyanın Kalininqrad Vilayət Dumasının sədr müavini, deputat Sergey Yuspin edib.
“Hitler Rusiyanın bugünkü sərhədlərinin müəlliflərindən biridir. Xüsusilə Kalininqrad və Vıborqa görə ona təşəkkür etməliyik. Hitler bu gün qeyd etdiyimiz Böyük Vətən Müharibəsinin baş memarlarından biridir. Biz ona abidə qoymalıyıq”, – Yuspin bildirib.
Qeyd edək ki, Vıborq 1944-cü ildə, Kalininqrad isə 1946-cı ildə Rusiyaya birləşdirilib.