Neftin bahalaşması belə Rusiya iqtisadiyyatında artım tempi yaratmayacaq.
Axar.az xəbər verir ki, bu, Rusiya İqtisadi İnkişaf Nazirliyinin Prezident yanında İqtisadi Şuranın iclasına təqdim etdiyi materiallarda yer alıb. “Bizim hesablamalarımız göstərir ki, neftin qiyməti 50 dollardan yuxarı olsa belə, Rusiya iqtisadiyyatında illik 7 faiz artım tempi praktiki olaraq mümkün deyil”, – nazirliyin məlumatında bildirilib. Qurum bunu dünya iqtisadiyyatındakı köklü dəyişiklik və yeni normalara keçidlə əlaqələndirib.