Küçədə yeriyən bir çox insan gözlərini telefonundan ayıra bilmir. Buna görə də, baş verən yol qəzalarının sayı artıb.
FaktXəbər-in məlumatına görə, Almaniyada vəziyyətin ciddiliyindən narahat olan Auqsburq bələdiyyəsi çarəni küçələrdə yerlərə də işıq çəkməkdə tapıb.
Bələdiyyənin qərarına səbəb isə 2 ay əvvəl 15 yaşlı bir gəncin telefonuna baxarkən tramvay altında qalması olub.
Ötən həftə küçələrə yerləşdirilmiş işıqlar tramvay gələndə qırmızı rəngdə yanır.
6 Avropa paytaxtında aparılan araşdırma nəticəsində məlum olub ki, əhalinin 17 faizi yolda gedərkən telefondan gözlərini çəkə bilmir.