Rusiyanın Xəzər dənizindəki 28 gəmisi hərbi təlimə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Moskva bu təlimlərdə, xüsusilə, Kalibr-NK raket sistemlərini sınaqdan çıxaracaq.
Qeyd edək ki, Kalibr raketləri 1997-ci ildən Rusiya ordusunun istifadəsinə verilsə də, xarakteristikası hələ də gizli saxlanılır. Rusiya bu silahlardan ilk dəfə keçən ilin oktyabrında Suriya müharibəsində istifadə edib. O zaman rus gəmiləri Xəzərin cənubundan Suriyadakı İŞİD hədəflərini bu raketlərlə vurub.