Evlilik yolunda addımlayan Kənan İmirzalioğlu və Sinem Kobalın toy dəvətnamələri artıq hazırdı.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük mayın 14-ü Cunda adasında evlənəcək.
Üzərində çiçək şəkillərinin olduğu sadə dəvətnamədə “Mayın 14-ü şənbə gününüzü bizə ayırmağı unutmayın” yazısı yer alıb. İki gün davam edəcək toy üçün K.İmirzalıoğlunun otelə 800 min türk lirəsi ödədiyi iddia edilir.