İraq Şam İslam Dövləti (İŞİD) Rusiya prezidenti Vladimir Putini təhdid edib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD Rusiya Federal Təhlükəsizlik Xidmətinin hesabına çalışdığı üçün Rusiya casusu Kasiyev Maqomid adlı bir çeçenin Suriyanın Rakka şəhərində başını kəsərək öldürüb.
Edam görüntülərini internet üzərindən yayan təşkilat bununla İŞİD hədəflərini bombalayan Putin və onun Rusiya hökumətini də təhdid edib.
Məlumat üçün bildirək ki, İŞİD bu günə qədər ilk dəfə olaraq Rusiya vətəndaşının edam görüntülərini yayır. Görüntülərdə çıxışından Rusiya vətəndaşı olduğu aydın olan təşkilat üzvü əlindəki bıçaqla casus olduğu iddia edilən çeçenin arxasında dayanaraq bir müddət Putin rəhbərliyini təhdid edib. O, daha sonra Moskva hesabına, bu ölkədən gələn təşkilat üzvləri haqqında məlumat toplayaraq onlara məlumat ötürən 24 yaşlı Maqomidin başını kəsib.