Müğənni İlhamə Qasımova stilist Nəsir Babayevin onun ünvanına dediyi iradlara münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, “İlhamənin boyu hündürdür, dikdaban geyinməsin” ifadəsi sənətçini özündən çıxarıb:
“O adda stilist tanımıram. Anar Ağakişiyev, Elnur Həsənov olsaydı hündürdaban ayaqqabını irad tutmazdı. Bu absurtdur. Şokdayam, o harada stilistlik öyrənib? Getsin ,oxusun görsün harda belə fikir yazılıb. Heç kim deyə bilməz ki, 176 boyun var, hündürdaban geyinmə. Dünya ulduzları var ki, boyu 177-dən hündürdü, amma 15 santimetrdə dikdaban geyinirlər. Son günlər çəki almışam. Mən dəbə baxmıram, artıq çəkimi itirəcək libaslara üstünlük verirəm. Hər yerdən soruşun görün, ucaboylu adamlara elə ayaqqabı harda qadağan olunub? Almaniyada klipə çəkiləndə mənə hündürdaban geyindirib, rəqs belə etdirdilər. Peşəkar stilistlərdən bunları eşitmişdim. Mən konsertlərdən, tədbirlərdən milyonlar qazanmıram ki, hansısa açılışa on minlik paltar alıb, geyinim. Biz Hollivudda yaşamırıq. Cibim nəyə uyğundur, onu alıb geyinirəm. Borc-xərc tapıb, bahalı, dəbli geyinənlərdən deyil. Bir həyatım var, qəlbimlə yaxşı yaşamaq istəyirəm”.