Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi Araz Oqtay oğlu Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər Şurasının üzvü seçilib.
AzNews.az xəbər verir ki, “Xalqlar Dostluğu” Fondunun təsisçisi və rəhbəri, “Günay” kommersiya firmasının rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının deputatı, Dumanın Milli Məsələlər üzrə katibi, professor Hacımet Səfərəliyevin 22 iyun 2015-ci il tarixli qərarı ilə şuranın üzvü olub.
Xatırladaq ki, A. Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə, eləcə də yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.