İndoneziyanın Medan şəhərində “Hercules” tipli hərbi-nəqliyyat təyyarəsi otel və yaxınlıqdakı binalara çırpılıb.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.
“Son məlumatlara görə, hadisə nəticəsində 30 nəfər ölüb. Ölənlərin sayı artıb”, – deyə yerli xilasetmə şirkətinin rəhbəri bildirib.
Hazırda hadisə baş verən zaman təyyarənin göyərtəsində və binalarda olan şəxslərin sayı dəqiqləşdirilir. İlkin məlumatlara görə təyyarənin göyərtəsində 12 nəfər olub.
Təyyarə Medan şəhərində (Şimali Sumatra) yerləşən hərbi bazadan Bunuquran adasına uçurmuş. Təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Hadisə yerində xilasedicilər işləyir.