“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, oyunlar zamanı hər bir idman növü üzrə qalib qızıl medal, ikinci yerin sahibi gümüş medal və üçüncü yerə sahib olan idmançı isə bürünc medal qazanacaq.
Qızıl, gümüş və bürünc medallar dekorativ “Bakı-2015” brendi ilə hazırlanmış yeganə ikonoqrafiyanı özündə əks etdirir. “Bakı-2015”in loqosunu əks etdirən dizayn dinamik, gözəl və mədəni cəhətdən zəngin evsahibliyi edən şəhərin bənzətməsidir, loqonun arxa tərəfi isə Avropa Oyunları Komitəsinin rəmz və söz işarəsini özündə əks etdirir.
Medalın dizaynı Azərbaycan rəssamı Nərgiz Hüseynova ilə birgə Soçi 2014 Olimpiya və Paralimpiya Qış Oyunları üçün medal istehsalı üzrə tanınmış zərgər Adamas tərəfindən yaradılıb. Medallar “Azersouvenir”lə yerli istehsal olacaq”.