“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Yerli KİV-də yer alan məlumatlara görə, iş adamı gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məsələ ilə bağlı “Avesta” konserni ilə əlaqə saxladıq. Şirkətdən AzVision.az-a bildirdilər ki, yayılan məlumatlar şayiədir, Hacı İbrahim həbs edilməyib.
“Hazırda İbrahim müəllim görüşdədir. Onun həbsi ilə bağlı yayılan xəbərlər şayiədən başqa bir şey deyil”.
Qeyd edək ki, bəzi saytlar iş adamının həbsi ilə bağlı xəbər yayıb.